
Sərfəli qiymətlərlə original məhsullar
Makyaj etməyə istər yeni başlamış ol, istərsən də artıq bu mövzuda ustalaşmış ol, mütləq yerinə yetirməli olduğun 10 vacib makyaj sirrini sənin üçün təqdim edirik.
- Üzünü makyaja hazırla!
Üzünü makyaja hazırlamadan tanal kremə keçməməlisən. Təbii bir üz makyajının ən böyük sirri makyajdan əvvəl dərini nəmləndirməkdir. Uzun müddət üzdə qalacaq makyajın dərini qurutmasına əngəl olmaq və makyajının daha yaxşı və təbii görünməsi üçün mütləq nəmləndirici və ya baza istifadə edin.
- Doğru tanal kremin seçimi.
Tanal krem dəri rəngindən əsla tünd bir rəngdə olmamalıdır. Doğru rəngi tapmaq üçün boynunuzun rəngindən istifadə edə bilərsiniz. Digər bir vacib məsələ, əgər yağlı dəri növünə sahibsinizsə, təbii mat tonlarda tanal krem istifadə edə bilərsiniz.
- Gizlədicinin önəmi.
Gizlədici seçərkən yenə dəri rənginə yaxın tonları seçməyi unutmayın. Dəri tonundan çox daha açıq bir rəngdə bir gizlədicini göz altında istifadə edərək buradakı tünd halqaları daha da aydın görünən bir hala gətirə bilərsən.
- Gizlədici ilə üzünü şəkilləndir.
Üzünü şəkilləndirmək üçün konturlama etmək məcburiyyətində deyilsən. Dəri tonundan 1-2 ton açıq gizlədicini üzünün yüksək nöqtələrinə tətbiq edərək də üzünü şəkilləndirə bilərsən.
- Dəri alt tonunu bilirsən?
Makyajda ən önəmli şeylərdən biri də dəri alt tonunun rəngidir. İsti, soyuq və neytral olduğunu anlamaq üçün bir çox vasitə var. Ən məşhuru isə biləkdə olan damarların rəngidir. Yaşıldırsa isti, bənövşəyidirsə soyuq alt dəri tipinə sahibsən.
- Təbii və aydın bilinən qaşlar.
Qaş boşluqlarını doldurmaq, sabitləmək və qaşları təbii bir görüntüyə gətirmək makyajın önəmli addımlarından biridir. Bunu necə əldə etmək olar? Qələmlə qüsursuz bir qaş ortaya çıxarmaq dövrü artıq çox keçmişdə qaldı. Bunun yerinə daha təbii yuxarı doğru qalxmış qaşlar daha dəbli sayılır. Bu görüntünü də nazik uclu qaş qələmləri ilə əldə edə bilərsən. Bunun üçün qaşındakı boşluqlara qaş tükünə bənzər xəttlər əlavə edə bilərsən. Daha sonra qaşlarını yuxarıya tərəf darayaraq daha təbiiləşdirə bilərsən.
Transparan pudranın sirri.
Pudra çox vacib məsələlərdən biridir. Yağlı görüntünü matlaşdırmaq və ya krem tipli məhsulları sabitləmək üçün mümkün olduqca incə tipli və transparan pudralardan istifadə et. Beləliklə, ağır bir görüntü əvəzinə təbii bir görüntü əldə edə bilərsən. Eyni zamanda makyajın gün boyu üzündə təravətli bir şəkildə qala bilər.
8.Laminasiya effektli kirpiklər.
Gözəllik salonlarında saatlar xərcləmədən evdə də kiprik laminasiya effektini əldə edə bilərsən. Kiprik laminasiya effektli tuşlarla kipriklərinin daha qıvraq, uzun və həcmli görünməsini əldə edə bilərsən.
9.Doğru allıqla sağlam görünüş.
Allıqdan istifadə edərkən burun kənarından iki barmaq məsafə buraxıb mərkəzə doğru istifadə et. Daha təbii bir görünüş üçün qırmızımtıl rənglərdən istifadə edin.
10.Makyajı mütləq silin!
Makyaja dair bu deyilənlərin heç birini etməsən də bu son bənddəkiləri mütləq diqqətə al! Hansı məhsulu nə qədər istifadə edirsən et, istər az, istər çox, mütləq gecə makyajı silmədən yatağa getmə! Unutma ki, təmiz və baxımklı dəri hər zaman gözəl makyajın təməlidir.