+99499 710-10-77
Atatürk pr 2A( Gənclik m. Caspian çıxışı ilə üzbə üz/Postex
Tez-tez verilən suallar

Çatdırılma və malların təhvil verilməsi necə həyata keçirilir ?

Türkiyədən həftədə 2 dəfə (3 cü və 6 cı günlər) daşınma həyata keçirilir. Bağlamalar ofislərimizə daxil olandan 2 saat sonra təhvil verilməyə başlanılır.

“Bəyan et” nədir? Nə üçün nəzərdə tutulub?

Müştəri panelindəki "Bəyan et" bölməsi "Yerimə sifariş et" xidmətindən istifadə etməyən müştərilərimizin, xarici anbarımıza daxil olan bağlamalarını öncədən bəyan etmələri üçün mövcuddur. Bu bölməyə daxil olan müştəri müvafiq olaraq aldığı bağlamanın hansı səhifədən (məs: trendyol.com) aldığını, bağlamanın trek nömrəsini, kateqoriyasını, alış qiymətini qeyd etməli, həmçinin fakturanı müvafiq hissəyə yükləməlidir. Baş verəcək hər hansı bir yanlışlığın qarşısının alınması üçün zəhmət olmasa bağlamalarınızı erkən bəyan edin. Qeyd: "Trek nömrə" hissəsinə bağlamanın sifariş nömrəsini və yaxud karqo izləmə kodunu qeyd etməlisiniz.

Çatdırılma məntəqələri hansılardır?

Gənclik filialı baş ofis, Bakıxanov , İnşaatçılar, Memar Əcəmi, Qaraçuxur , Xırdalan şəhəri , Sumqayıt şəhəri, Şəki şəhəri, Oğuz r, Qəbələ şəhəri, İsmayıllı r, Ağdaş r , Quba r, Mingəçevir şəhəri-, Lənkəran şəhəri, Masallı r, Cəlilabad r, Balakən rayonu, Yevlax r, Şəmkir r , Qax r, Zaqatala r, Xaçmaz r, Bərdə r, Gəncə şəhəri, Qeyd:Siyahıda qeyd olunmayan digər rayonlara poçt vasitəsilə göndəriş həyata keçirilir.

Sifarişim neçə günə çatdırılır ?

Çatdırılma müddəti sifariş verdiyiniz saytdan asılıdır. Satıcı firma sizin sifarişinizi bizim xaricdəki anbarımıza çatdırdıqdan 3-5 iş günü sonra bağlamanız Bakıda olur.

Ölkədaxili kargo nədir?

Sizin istənilən ölkədəki saytdan etdiyiniz sifarişin bizim həmin ölkədəki anbarımıza çatdırılması həmin ölkədəki kuryer şirkətləri tərəfindən həyata keçirilir. O şirkətlər bağlamanızı çatdırmaq üçün müəyyən məbləğ tələb edirlər. Həmin məbləğ məhsul sifariş etdiyiniz saytlarda görünür. Bəzi saytlarda alış-verişinizin məbləği yüksək olduqda ölkədaxili karqo pulu alınmır.

Çatdırılma haqqı necə hesablanır ?

Adətən, bağlamanın tərəflərinin cəmi ( en, hündürlük, uzunluq) 100 sm və daha çox olarsa, bağlamanın həm həcm, həm də fiziki çəkisi hesablanır. Hansı çəki yüksək olarsa, daşınma haqqı ona əsasən hesablanır. Həcmi çəkinin hesablanması üçün En x Hündürlük x Uzunluq / 6000 standartı tətbiq edilir.

Azərbaycan kartlarını qəbul etməyən saytlardan necə sifariş edə bilərəm ?

Əgər Sizin kartınız alış-veriş etmək istədiyiniz saytda qəbul olunmursa, o zaman biz sizə "Sifariş et" xidmətini təklif edirik. Əvvəlcə bizim saytda qeydiyyatdan keçirsiniz. Qeydiyyatdan dərhal sonra yaranmış "Profilim" bölməsinə daxil olursunuz və "Sifariş et" bölməsindən bəyəndiyiniz məhsulun linkini seçib əlavə edirsiniz. Sistem Sizə məhsulun qiymətini, ölçüsünü, sifariş etdiyiniz ölkədaxili karqo qiymətini və bizim Sizin üçün etdiyimiz sifarişdəki +5 faizlik xərcləri əlavə etməklə yekun məbləği təqdim edəcək. ( Bu məlumatlardan hər hansı biri olmadıqda, onu özünüz əlavə edirsiniz) Linkləri saytımıza göndərdikdən sonra bizim hesabımıza yekun məbləği ödəyirsiniz və biz həmin məhsulu sizin üçün alırıq. Belə olan halda Bəyannamə də bizim əməkdaşlar tərəfindən əlavə edilir.

Nə qədər məbləğdə sifariş edə bilərəm?

Azərbaycan Respublikası qanunvericiliyinə görə, fiziki şəxslər 30 təqvim günü ərzində kommersiya məqsədi olmadan 300 ABŞ dolları məbləğində rüsumsuz limitdən istifadə edə bilərlər. Bu limit daşıma haqqı daxil olmaqla nəzərdə tutulmuşdur.

Hansı növ məhsullar gətirilmir?

Azərbaycan Respublikasına fiziki şəxslər tərəfindən gətirilməsi və beynəlxalq poçt göndərişləri vasitəsilə alınması qadağan olunmuş məhsullar aşağıdakılardır: 1.Hər cür silah növləri, döyüş sursatı, (ov silahları üçün sursatlar istisna edilməklə) hərbi təyinatlı bütün əşyalar, hərbi texnika. 2.Radioaktiv maddələr, narkotik və psixotrop maddələr və onlardan istifadə üçün ləvazimat, müxtəlif zəhərləyicilər. 3.Əxlaqsızlığı, zorakılığı, terrorizmi təbliğ edən kitab və reklam edən materiallar. 4.Təzyiq altında olan məhsullar ( spreylər, boyalar, parfumeriya, hava yastığı, quru şampun və s.) 5.Tezalışan və partlayıcı maddələr və onların hazırlanması texnologiyasına aid materiallar. 6.Qida, spirtli içkilər, tütün və tütün məmulatları, elektron siqaretlər, tez xarab olan, xüsusi saxlama tələb edən məhsullar. 7.Heyvanlar, bitki və toxumlar. 8.Xüsusi məxfi rabitə vasitələri, dinamiklər və səs gücləndirici vasitələr, gizli kamera, gizli səs yazma, dron və digər casus avadanlıqları, onların şifrələri və istismarı haqqında ədəbiyyat. 9.Müdafiə, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin operativ istintaq fəaliyyəti üzrə informasiya sistemləri, sənədləri və arxivləri. 10.Pul əskinasları, sikkələr. 11.Dövlət əhəmiyyətli sənədlər, ixtiralar, layihələr. 12.Xammal şəklində olan qiymətli metallar və qiymətli qaşlar. (Zinət əşyaları, qiymətli metallar və qiymətli daşlar ) 13. Qeyd: Mobil telefonların daşınmasını həyata keçirmirik.

Maye məhsulları gətirilir?

Hər hansı bir maye məhsulu Türkiyədən idxal olunur. Ətirlər, şampunlar, saç kremləri, kosmetika və sairə məhsul sifarişi mümkündür. Maye məhsulları həftədə bir dəfə Türkiyədən gətirilir.

Yük anbarda nə qədər saxlanılır?

Sizin bağlamanız bizim xarici və yerli anbarın hərbirində yalnız 30 gün saxlanılır. Daha sonra isə yükün saxlanıldığı hər gün üçün əlavə 20 qəpik tələb olunacaq.

Ofisiniz harada yerləşir ?

Gənclik filialı Nərimanov rayonu, Həsən Əliyev 96. Gənclik metro stansiyasının yaxınlığında.

İş saatlarınız necədir?

Sifarişlərin qəbulu, sorğuların cavablandırılması 09:00-24:00 kimi həyata keçirilir. Bağlamaların təhvil verilməsi həftə içi hər gün saat 10.00 - 19.00, şənbə günü isə 11.00 - 16.00 arasında olur.

Kartımdan nə qədər pul çıxacaq?

Sifariş verərkən kartınızdan kəsiləcək tranzaksiya faizi kartınızın aid olduğu bank tərəfindən müəyyənləşdirilir.

Bağlamanı təhvil almaq üçün hansı sənəd tələb olunur?

Bağlamanı təhvil almaq üçün sifarişçi şəxsin şəxsiyyətini təsdiq edən sənəd ( şəxsiyyət vəsiqəsi, tələbə bileti, sürücülük vəsiqəsi və s) özü və ya surəti tələb olunur.

Mənim bağlamalarım birləşdirilə bilərmi?

Upex, təəssüf ki, hal-hazırda belə xidmət göstərmir. Satıcı sifarişlərinizi xaricdəki anbarımıza təqdim edən kimi məhsulları sizə çatdırırıq.

Aldığım məhsulu geri qaytara bilərəm?

Upex.az tərəfindən geri qaytarma xidməti xarici anbardan mümkündür. Satıcının tələblərinə uyğundursa, 2$=3.40 Azn xidmət haqqı tutulur.

Bank ödənişləri necə qaytarılır?

Əgər sizin sifarişinizin yerinə yetirilməsi zamanı hər hansı problem yaranırsa ( məhsul stokda tükənə bilər və s) həmin vaxt ödədiyiniz məbləğ sizə geri qaytarılır. Ödənişin kart hesabınıza geri qayıtması, 5-15 gün, bəzi bankların iş sistemindən asılı olaraq daha çox vaxt tələb edə bilər.